UI/UX Nədir?

ui ux nədir mutexessisi mütəxəssisi
ui ux nədir mutexessisi mütəxəssisi

UI/UX adətən birlikdə işlənsə də, əslində çox fərqli iki sahədir. UI tərəfdən ölkə olaraq “nisbətən” yaxşı olsaq da, UX tərəfdən çox geridəyik deyə bilərəm. Təəssüf ki, bu işlə professional olaraq məşğul olanlar belə bu iki anlayışn fərqini çox da bilmirlər və CV-lərində, profillərində UI/UX yazırlar.

Qısaca desək, UI əslində interfeys dizaynıdır. Rənglər, ölçülər, grid, düymələr, boşluqlar və s. Kimi bütün qrafik elementlərdən ibarət dizayn.

Zamanla, saytlarda interaction artdıqca əvvəllər çox da diqqət edilməyən interfeys dizaynı önəmli bir pozisiyaya keçdir. İstifadəçilərin saytda rahat gəzə bilməkləri, istədiklərini asanlıqla tapmaları və saytda qalma müddətlərini artırmaq üçün sadə və cəlbedici bir interfeys şərt oldu.

 

UX isə tamam fərqli bir hekayədir. UX mütəxəssisin, grafik dizayner olmağına belə ehtiyac yoxdur. Çünki UX, necə göründüyü ilə yox, necə hiss etdirdiyi ilə bağlı bir anlayışdır. UX-in məqsədi, etmək istədiyiniz əməliyyatı sizə ən sadə, ən problemsiz və ən rahat formada yerinə yetirtməkdir. Bunu edərkən qrafik dizayn önəmi bir məsələdir amma ən önəmlisi deyil. UX mütəxəssisi fərqli sahələrdən məlumatlı, güclü analiz qabiliyyəti olmalı, və istifadəçisini yaxşı tanmalı nə istədiyini bilməlidir. İstifadəçi testləri, istifadəyönümlülük və kontent bunların əsasını təşkil edir. Bunlarla yanaşı psixologiya, antropologiya və sosiologiya kimi sahələrdə də yetəri qədər məlumatlı olmalıdır. UX mütəxəssisi, sadecə istifadəçinin saytdakı təcrübəsini yaxşılaşdırmaq üçün yox, bir məhsul satırsınızsa o məhsulu müştərinin qapısını çatdırana qədər olan bütün prosesləri düşünərək işləməlidir. Nəticədə, bunlar hamısı istifadəçi təcrübəsinin (UX) bir parçasıdı.

 

Təbii ki, UX mütəxəssisi bu təcrübəni hisslərinə görə yox, etdiyi istifadəçi analizlərinə görə formalaşdırır. Məhsulu (saytı, tətbiqi və s.) ortaya çıxarmadan əvvəl aparılan düzgün testlər maddiyat və zaman baxımından qənaət etdirər. Məhsul ortaya çıxarıldıqdan sonra da bu testləri apararaq məhsulu təkmilləşdirmək də şərtdir.

Nihad Abdullayev
Nihad Abdullayev