SEO və SEM – Biznes Üçün Hansı Daha Faydalıdır?

seo sem biznes hansi faydalidir nihad abdullayev elektron ticaret ticarət
seo sem biznes hansi faydalidir nihad abdullayev elektron ticaret ticarət

Öncəliklə SEO və SEM -in nə olduğunu anlayaq. Hər ikisi, xidmət və ya məhsulunuzu axtarış sistemlərində axtaran şəxslərə sizi göstərmək üçün istifadə olunur. Məsələn telefon mu satırsız? Googleda telefon və ya əlaqəli sözlər axtaran insanların qarşısına çıxırsız. Tək fərq: SEM bunun pullu üsulu – reklam forması, SEO isə organik – yəni təbii və pulsuz formasıdır.

Bəs bunların hansı daha faydalıdı? Alma, yoxsa üzüm? Bunları müqayisə etmək qətiyyən doğru deyil. Çünki hər ikisinin müsbət və mənfi tərəfləri var və hansına üstünlük verməli olduğunuz tamamilə sizin vəziyyətinizdən asılıdır. Gəlin müəyyən qədər müsbət və mənfilərindən danışaq.

Vaxt:
SEM ilə sürətlə nəticə ala bilərsiniz. SEO isə ortalama 3-6 ay tələb edir. Hətta bununla da bitmir, daima yeniliklər, kontent və s. tələb edir. Bir sözlə SEO – nazlıdır. İstədiyinizi almaq üçün onu daima diqqət mərkəzində saxlamalısınız, SEM isə pulunuza baxır, ödənişinizi edin və xidməti alın 🙂

Büdcə:
Əgər SEO-nu özünüz edirsizsə, bu sizə tamamilə pulsuz başa gələ bilər. Lakin SEM üçün mütləq şəkildə ödəniş etməlisiniz. Tutaq ki mütəxəssislə işləyirsiniz və hər iki istiqamətdə XXXX məbləğində yatırım etdiniz. Bu məbləğlə SEM-də çata biləcəyiniz insan sayı, yatırdığınız məbləğlə limitlənir. SEOda isə belə bir limit yoxdur, hətta 15-20 qatına çıxa bilərsiniz. Bundan əlavə ROI (return on investment) da daha yüksəkdir.

Kontent:
SEO-nun əsas dayağı kontentdir. Keyfiyyətli kontent vaxt və büdcə tələb edir. SEO ilə Googleda daha çox kontentlə önə çıxa bilərsiniz. SEM isə qatı qaydaları ilə sizi müəyyən sərhəddə saxlayır. Lakin, SEM-də qaydalar daxilində istədiyiniz açar sözə istədiyiniz başlıq və kontenti göstərə bilirsiniz. SEO-da isə bu kontentinizdən asılıdır və keyfiyyətsiz olarsa işiniz daha da çətinləşir.

A/B Testlər
Hansı kontentin insanları cəlb edəcəyini öyrənmək, hədəf kütləyə çatmaqda əsas addımlardandır. Bunlar A/B testləri ilə öyrənilir. SEM-də bunun üçün hər imkanınız olsa da, SEO-da nəticələri görmək vaxt aldığından, çox çətin olur.

Burada yerimiz limitli olduğundan mövzunu burada dayandırıram. Amma bu çox geniş mövzudur, və ardı olacaq 🙂

Nihad Abdullayev
Nihad Abdullayev