Online Yemək Sifarişi
Yəqin ki ötən illərdə Türkiyənin online yemək sifarişi platforması Yemeksepeti.com-unun xarici bir şirkətə təxminən 600 milyon dollara satıldığını eşitmisiz. Bu gün isə şirkətin dəyəri milyardlarla ölçülür. Halbu ki, bu şirkətin 2000ci ildə qurulan bu şirkət, 2006-2007ci illərə qədər kobud dildə desək borca xərcə işləyirdi. Lakin düzgün qurulan bir sistem və addımlarla Türkiyənin bazar payının demək olar hamısını ələ aldı. Azərbaycan üçün də online yemək sifarişi sektorunun çiçəklənən dövrləri elə indi-indidir. Bugün müxtəlif restoranlar öz kuryerləri vasitəsilə sifariş götürür çatdırılmalar edir. Lakin müştərilər üçün geniş restoran/yemək seçimi və çatdırılma xidməti göstərən marketplacelər demək olar ki yox səviyyəsində idi. Azərbaycanda 2015ci ildə bazara girən nuush.az və ardıyca foodpanda kimi şirkətlər oldu. Lakin sektorun çətinliyi və qazancın azalması çoxunu geri çəkilməyə məcbur etdi ki bunlardan FoodPanda-nı misal göstərə bilərik. İndi isə bu tip şirkətlər yenidən artmağa başlayırlar çünki artan tələbat və böyüyən bazar payı var. Bir növ, bazara girməyin və pay götürməyin tam vaxtlarıdır deyə bilərik. Amma taksi şirkətlərinin çoxu ilə eyni aqibəti yaşamamaq üçün ilk başdan yerinizi sağlam götürməlisiniz.
Bəs, online yemək sifarişi biznesinə başlamaq üçün nə lazımdır?
-
Rahat və funksional mobil tətbiq. Bugün yemək sifarişlərinin 80%-inin telefon zəngi ilə edildiyini nəzərə alsaq, insanlara o rahatlığı və daha artığını vermək üçün elə telefonda saxlayıb, sadecə zəngdən tətbiqə keçirmək kifayətdir. Bunun üçün isə sizə düzgün UX qurulmuş bir mobil tətbiq lazım olacaq.
-
Güclü digital marketinq strategiyası. Niyə məhz digital? Çünki hədəf kütlənizə daha az xərclə, daha tez çatmağın və güclü təsir etməyin ən yaxşı yolu ənənəvi yox, məhz digital marketinqdir. Minimal 6 aylıq güclü digital marketinq strategiyası qurulmamış bir şirkət batmağa məhkumdur. Ya şansa, Allah ümidinə başlayın və çox kiçik bir ehtimalla bazar payı alın, ya da bir mütəxəssislə işləyin və bünövrənizi möhkəm qurun.
-
Çeşidli kampaniyalar və səbr. Təbii ki bazardakı bu boşluğu və potensialı biz görmürük. Bazara girən şirkətlərin sürətlə artmağı da faktdır və artacağı da həqiqətdir. Onların arasından önə çıxmaq isə, xüsusi təkliflər və endirimləri bol etməklə yanaşı, bunları uzun müddət davam etdirməyə səbr də istəyir.
-
Təbii ki, sağlam bir büdcə. Gözünüz qorxmasın. Hər biznes üçün yatırım şərtdir. Nəzərə alın ki, bugün edəcəyiniz yatırımla alacağınız bazar payı sizə bunun qat-ba-qatını qazandıra bilər. Amma tələsin, gecikməyin. Çünki gözlədiyiniz hər gün, bazara giriş üçün lazım olan yatırım böyüyəcək və həm riskiniz artacaq, həm də bazar payı almaq şansınız düşəcək.
Təbii ki bütün bunları bir elektron ticarət mütəxəssisi ilə işləyərək etsəniz, bazardan böyük bir dilim götürmək ehtimalınız daha çox artacaq. Əlaqə
bazarda wolt və hungry.az kimi şirkətlər online yemək sifarişi üzrə yerlərini möhkəmlədiblər. təbii ki xidmət keyfiyyətinin ən yaxşı olması üçün rəqabət mühiti güclənməlidir. Yeni şirkətlər yaradılmalıdır. Bazarda hələ də buna təlabat var və çox böyük bir boşluq var
bazarda demək olar ki normal xidmət göstərən şirkət yoxdu . rəqabət yüksəlsə bəlkə xidmət keyfiyyətini də məcbur olub artırarlar .
Cox faydali yazidir. Hazir yemek sektorunun inkisaf etdiyi vaxtdir. Mueyyen qeder investisiya olsa ve musteriyonumlu bir startup qurulsa cox asanliqla ugur elde etmek olar
wolt hazırda çox keyfiyyətli xidmət göstərir. Artıq onun üstünə çıxa biləcək şirkət olduğunu düşünmürəm. Ötən gün soyuq gəlmiş sifarişimə görə, demək olar ki yeməyə etdiyim ödənişi hədiyyə kuponu kimi təkrar geri qaytardılar. Müştəri məmnuniyyəti üst səviyyədədi
Yemek sifarisi saytlari getdikce artir. Mence bazar artiq doyma noqtesine catir. Bundan sonra bazarda yer tuta bilmek ucun gerek guclu endirimler olunsun ve xidmet keyfiyyeti yukselsin