Nihad Abdullayev kimdir? Elektron ticarət və onlayn satış üzrə mütəxəssis
Nihad Abdullayev kimdir? Elektron ticarət və onlayn satış üzrə mütəxəssis

Nihad Abdullayev kimdir?

Öncə fərdi, sonra isə qurduğum komanda ilə birlikdə öz layihələrimi həyata keçirmişəm. Daha sonra müxtəlif şirkətlərin saytlarını hazırlayıb, Digital Marketinq və SMM xidmətləri göstərmişik. Həmçinin online satış bazarında yer tutmaları və inkişaf üçün şirkətlərə elektron ticarət xidmətləri və konsultasiyaları da vermişəm.

 

2019-2020ci illər ərzində Kontakt Home şirkətində Elektron Kommersiya rəhbəri olaraq çalışdım. Komandamızla birlikdə Kontakt.az saytını yenilədik. Həmçinin Koronavirus Pandemiyası ərzində mağazaların bağlanması ilə sadecə onlayn satışa keçərək müştərilərə çatdırılma müddətini 24 saata qədər endirdik. Ölkədə bir ilk olaraq Whatsapp video konsultasiya xidmətini aktiv etdik və müxtəlif mağazalardakı əməkdaşlarımız müştərilərə seçdikləri məhsulları videozəng ilə ətraflı göstərib bütün suallarını cavablandırdı. Beləliklə, onlayn satış üzrə ölkədə lider pərakəndə mağazalar şəbəkəsi olduq və koronavirus dövründə əhalimizə yüksək səviyyəli xidmət göstərdik.

 

Bəs ümumi baxsaq işim nədən ibarətdir?

Mövcud və ya yeni qurulmuş (hətta ideya mərhələsində) şirkətlərin online üzərində məhsul və ya xidmət satması və tanıtımı üçün lazım olan bütün mərhələlərdə öz dəstəyimi göstərirəm. Buna düzgün texniki platformanın (sayt, səhifə, tətbiq və s.) qurulması, satışın və logistikanın təşkili, reklam strategiyasının qurulması və kampaniyalarının aparılması, satışın artırılmasına yönəlik təkmilləşdirmələr və s. daxildir.

Bir sözlə, online biznesinizdə ilk addımınızdan etibarən, yüksəlməyə doğru hər addımınız mənim işim daxilindədir.

Günümüzdə artan start-uplar və online bizneslər adətən bazarda qala bilmirlər. Buna səbəb isə “Bazar acdır, girsək partladacağıq!” məntiqi ilə başlamaları olur. Belə hallarla qarşılaşmamaq üçün bir mütəxəssis ilə işləməyiniz düzgün analizlər və araşdırmalar aparılması nəticəsində sizi həm sürətlə uğura aparacaq, həm də böyük ölçüdə risklərin qarşısını alacaq.