Inbound Marketinq nədir

inbound marketinq nədir nihad abdullayev

Inbound Marketinq nədir ?

Inbound marketinq, 2006cı ildən bu yana digital marketinqdə ən effektiv metod oldu. Inbound marketinq, ənənəvi marketinq üsullarının əksinə paid traffiki çəkib satış etməkdənsə, keyfiyyətli kontentlə ziyarətçiləri çəkib onları müştəriyə dönüşdürməyi hədəfləyir. Yayımladığınız kontenti müştərilərinizin maraq dairələri ilə əlaqələndirərək, saytınıza / səhifənizə gələn qonaqları düzgün inbound strategiyaları ilə marka fanatınıza dönüşdürə bilərsiniz. 

Inbound marketinqi istifadə edən markalar və professionallar, qonaqlarını potensial müştərilərə, potensial müştərilərini müştəriyə, müştəriləri isə marka fanatlarına çevirmək üçün yuxarıda verilən 4 addımı istifadə edirlər: Cəlb et – Dönüşdür – Özünə bağla – Məmnun et. Bu addımları atmaq üçün isə müxtəlif alətlərdən istifadə olunur. Həm sizi yormamaq, həm də hər birini daha detallı ifadə etmək üçün inbound marketinqi seriya formasında yazıram və növbəti postlarda bu addımların hər birini ayrılıqda incələyəcəyik

 

Inbound marketinq 1: Cəlb et

Səhifənizə / Saytınıza ziyarətçi çəkmək düşündüyünüz qədər çətin deyil. Çətin olan, potensial müştərilərinizi çəkməkdir. Bəs bu ideal adamlar kimlərdi? İdeal adamlarınız, inbound marketinqdə alıcı obrazlar (buyer persona) olaraq tanınır. Alıcı obrazlar, sizin müştərilərinizin xüsusiyyətlərinin toplusudur. Onlar eyni müştəri tipi üçün hədəfləri, çətinlikləri, sıxıntılı nöqtələri, məhsul və servislərə ortaq etirazları və bunlarla birlikdə şəxsi və demoqrafik məlumatların toplusudur. Alıcı obrazımızı təyin etdikdən sonra potensial müştərilərimizi cəlb etməyə yönəlmiş bütün əməliyyatlarımızda (SEO, Sosial Media, Bloq, Landing Page və s.) istifadə edərək, yararlı trafik qazana bilərik.

 

Səhifənizə düzgün kütləni çəkə biləcəyiniz üsullar:

Bloq yazmaq
İnbound marketinq, bloq yazmaqla başlayar. Bloqlar, qonaqları saytınıza çəkməyin ən yaxşı yoludur. Potensial müştərilərinizə çatmaq çün onlarla danışan, suallarını cavablandıran, öyrədən kontent yaratmalısınız. Bloq yazaraq sosial media hesablarınız üçün də paylaşılabilən kontent yarada bilər, SEO işləri üçün hədəf açar sözləri əhatə edən yazılar yaza bilərsiniz.

Sosial Media
Sosial mediada diqqətçəkən kontent və faydalı məlumatlar paylaşmalı, potensial müştərilərinizlə daima kontaktda olmalısınız. Paylaşımlarınızda daim şirkətinizdən bəhsedib insanlarla aranıza sədd çəkməyin! Populyar mövzulardan istifadə edib müştərilərinizlə yaxınlıq qurun.

SEO
Bir çox satış prosesi axtarış sistemlərində edilən marka / məhsul / şirkət axtarışlarıyla başlayır. Dolayısı iə axtardıqlarında bəlirgin bir şəkildə gözlərinin önündə olmalısınız. Bunun üçün detallı açar söz araşdırması edib səhifələrinizi optimizasiya etməli, kontent yaratmalı, və potensial müştərilərinizin axtardığı sözlərlə əlaqə yaratmalısınız.

Landing Page
Səhifələrinizi potensial müştərinizin diqqətini çəkəcək və düzgün yönləndirmələrə təşviq edəcək formada qurmalısınız. Düzgün açar söz optimizasiyası ilə açılış səhifəərinizə axtarış sistemlərindən ziyarətçi çəkə bilərsiniz.

 

Inbound marketinq 2: Dönüşdür

Qonaqlar saytınıza bir dəfə gəldi mi, onların əlaqə məlumatlarını alıb onları potensial müştərilərə dönüşdürməlisiniz. Heç olmasa bir e-poçt adresinə ehtiyac duyacaqsınız. Əlaqə məlumatı digital marketinq üçün ən önəmli faktordur. Qonaqların bu məlumatı sizinlə paylaşmağı üçün onlara ehtiyacları olan bir şey ödəməlisiniz. Bu ödəniş bir kontent, e-kitab, taktika, promokod və s. – bir sözlə alıcı obrazınıza maraqlı gələcək hər şey ola bilər.

Call to action – CTA

CTA – qonaqları “yazının hamısını yüklə”, ya da “bizə qatıl” kimi, istifadəçiləri bir hərəkətə yönəldəcək düymələr və ya linklərdir. CTA düymələriniz yoxdursa və ya diqqət çəkən deyilsə qonaqlarınızın məlumatlarını alma və onları potensial müştərilərə dönüşdürmə nöqtəsində çətinliklər yaşayacaqsınız. CTA düymələrinizin performansın izləyərək, fərqli A/B testləri edərək ideal düymələri tapa bilərsiniz.

Formlar

Qonaqların potensial müştəriyə dönüşməsi üçün ən azından mail adreslərini almalı olduğunuzu demişdim. Formlar qonaqlarınızdan məlumat ala bilmək üçün sayt içərisində açılış səhifələrindən blog postlarına qədər istifadə edə biləcəyimiz inbound üsullardandır.

Əlaqə database-i

Formlar vasitəsilə aldığımız məlumatları database-də saxlayırıq. Bu məlumatların eyni yerdə olmağı, hədəf şəxslərlə olan hər əlaqədən istifadə edib bunu satışa – müştəriyə dönüşdürməyinizə kömək edər. E-poçt, açılış səhifələri və sosial mediada edilən hərəkətlər də qeydə alınaraq saxlanılır.

 

Inbound marketinq 3:  Özünə bağla

Düzgün ziyarətçilərin diqqətini çəkdik və potensial müştərilərə dönüşdürdük. İndi isə potensialları, müştəriyə dönüşdürməliyik. Bəs bunu ən effektiv formada necə edək? Bu mərhələdə düzgün namizədlərin satış prosesinin düzgün vaxtda bağlanması üçün müxtəlif marketinq alətləri istifadə edirik.

 

Potensial müştəriləri müştəriyə dönüşdürmək üçün alətlərdən bəziləri:

Sistemimizdə əlaqə məlumatları var amma hansılarının satış komandanızla danışmağa hazır olduğunu necə biləcəksiniz? “Namizədlər üçün satışa hazırlıq qiymətləndirməsi”  istifadə edilərək bu prosesdəki “təxmin etmə” formasını kənara atıb real oynamalıyıq.

 

E-poçt

Əgər bir qonaq CTA düyməsinə klik edərsə və ya hər hansı bir akt edərsə, amma müştəriniz olmağa hazır deyilsə neynəyərsiniz? Faydalı, kontentə fokuslanan bir seriya e-mail. Bu, potensial müştəri namizədi ilə aranızda güvən qurur və satışa daha yaxın olmasına kömək edər.

 

Marketinq Avtomatlaşdırması.

Bu proses e-mail marketinqinin yaradılmasına və namizədin ehtiyaclarına / yaşam periodundakı dövrünə uyğun olaraq idarə etməyinizə kömək edir. Misalçün, əgər bir qonaq, saytınızda bəlirli bir mövzuda bir yazını oxudusa, o mövzu haqqında e-maillər göndərmək istəyə bilərsiniz. Amma əgər sizi tvitterda izləyirsə və veb saytınızda müəyyən səhifələri ziyarət edibsə, mesajınızı bu fərqli maraq dairələrini yansıdacaq formada dəyişdirə bilərsiniz. Bütün bu ssenariləri marketinq avtomatlaşdırması ilə etmək çox asandır.

 

Qapalı-dövrə report

Hansı marketinq fəaliyyətinin ən yaxşı müştəri namizədlərini gətirdiyini hardan bilə bilərsiniz? Satış komandanız potensialları, müştəriyə effektiv formada çevirəbilir mi? Müştəri əlaqələrinin idarəsi (CRM) proqramınızın HubSpot enteqrasiyası ilə bu sualların da cavablarını tapa bilərsiniz.

 

Inbound marketinq 4:  Məmnun Et

Inbound üsulu, qonaq, potensial müştəri və ya müştəri olmasından asılı olmayaraq istifadəçilər üçün faydalı kontent yaratmaqdan keçir. Birinin sizə daha əvvəldən ödəniş etmiş olmağı artıq onu unuda biləcəyiniz mənasına gəlmir. Inbound marketoloqlar müştərinin diqqətini çəkməyə, məmnun saxlamağa və məhsullarını və şirkətlərinin məmnun dəstəkçilərinə yeni satışlar etməyə davam edər. 

 

Müştəriləriniz xoşbəxt etməyinizə kömək edəcək bəzi alətlər:

Ağıllı CTA (Smart Call-to-Action)

Alıcı obrazlara və yaşam periodunun dövrünə bağlı olaraq şəxsiləşdirilmiş təkliflər təqdim edir.

Sosial Media

Fərqli sosial media platformlarını istifadə etməyiniz, real-zamanlı müştəri xidməti təklif etməyinizə kömək olur.

E-mail və marketinq avtomatlaşdırması

Mövcud müştərinizin hədəflərinə çata bilməyi üçün faydalı kontent təqdim etməyin yanında, onların diqqətini çəkəcək yeni məhsul və xüsusiyyətlərdən də xəbərdar etməlisiniz.

 

Son Nəticə

Inbound marketinq 4 addımını  izah etdiyimiz bu postun sonuna gəldik. Nəticə etibarilə deyə bilərik ki, inbound marketinq metodologiyası bir yadı müştəriyə dönüşdürmə yolunda atılması lazım olan hər bir addımı, istifadə olunan alətləri və həyat döngüsününün mərhələlərini əhatə edir Marketoloqları qonaq çəkmə, potensial müştəriyə dönüşdürmə, müştəri və marka fanatlarını məmnun etmə barədə gücləndirir. Siz də bunu uyğun şəxslərə (alıcı obrazlara), doğru yerdə (kanallar), doğru zamanda (həyat döngüsünün mərhələləri) kontent yaradaraq və yayınlayaraq bacara bilərsiniz.

Nihad Abdullayev
Nihad Abdullayev