Dropshipping nədir – Xürafələr və Reallıq

dropshipping nədir
dropshipping nədir

Dropshipping nədir?

Dropshipping, stoksuz ticarətdir. Yəni siz sifarişi götürüb satıcı firmaya ötürürsünüz, onların da məhsulunu sifarişçiyə göndərirsiniz. Sadecə kompyuter vasitəsilə bu körpü rolunu oynayıb komissiyanızı qazanırsınız. Çox məntiqli və asan gəlir, elə deyil mi? Gəlin işin arxa planına baxaq.

“Gündə 1000$ qazanmaq istəyirsiz? Ya da ayda 5 gün işləyib 25 gün tətil etmək? Bəlkə də mənim kimi bu statusu Hawaii adalarından yazmaq istəyərdiniz.

Onda gəlin mənim 500$-lıq dropshipping kursumu alın və qazanmağa başlayın. – Çünki mən özümə rəqiblər yaratmaq istəyəcək qədər axmağam, ya da bunun işləyərək yox – ancaq “öyrədərək” qazandıran bir biznes olduğunu biləcək qədər ağıllı.”

Dropshipping nədir deyə bir dəfə belə maraqlanmısınızsa, çox güman ki bu tip reklamlar, videolar qarşınıza dəfələrlə çıxıb.

Məsələ budur ki, Dropshipping prosesi əslində reallıqdan çox fərqli göstərilir. Nəzəriyyədə bağ kimi görünən bu qazanc modelinin praktikada dağ olduğu ortaya çıxır. Bu müddətdə isə iş-işdən keçmiş olur və kifayət qədər pul itirmiş olursunuz.

 

Reallığa gələk;

Dropshippingdən yüksək məbləğlər qazanmaq mümkündür mü? – Mümkündür.
Bu qazancı sadecə kompyuter vasitəsilə yarada bilərsiniz mi? – Bəli.
Bu prosesi avtomatlaşdırıb, gündə cəmi yarım saat işləyə bilərsiniz mi? – Bəli.

Eee? Onda bəs? Lap əla imiş ki…
Amma… 3-5 min dollar investisiya, internetdən aldığınız 1-2 dərs, konsultasiya ilə bunları edə bilməzsiniz. 

Burada 2 bilməli olduğunuz məqam var.

1-ci məqam:

Kurs aldığınız şəxslər hər cəhətdən pul dartmağa çalışacaq.
Kursumu al 500$, proqram lazımdı onu al 300$, sənə amerikada şirkət lazımdır, biz açarıq 2000$, satışın yaxşı getmir? Nəyisə düz eləmirsən, gəl bir konsultasiya 1000$ . Taa ki bütün büdcəniz bitənə kimi. Onda sən bu işi bacarmadın demək, hər kəs ticarətçi olacaq deyə birşey yoxdur. Özünü başqa sahələdə sınamalısan deyib göndərirlər.
Bunların facebook qrupları da var. Hansı ki girib onlar barədə çox kiçik mənfi birşey yazsan belə, altda kommentlərə onlarla rəy və screenshotlar gələcək. Bax sən bacarmamısan, biz belə qazanırıq elə qazanırıq. Halbu ki bunların çoxu fake/troll profillərdir. Kütlə silahı ilə insanlara psixoloji təsir göstərirlər. Beləliklə hər kəs ora mənfi bir şey yazmağa çəkinir, problemin özündə olduğunu – özünün bacarmadığını düşünür.

2-ci məqam:

Reallıqda dropshipping niyə çətindir? Və ya bacarmaq üçün nə etmək lazımdır?
Dropshippinglə məşğul olanlar adətən bunu Çindən Amerikaya satış olmaqla – Amazon üzərindən aparır. Öncəliklə çindən gələn məhsulların deffektli, göründüyü kimi olmama ehtimallarını nəzərə almalısınız. Amerika istifadəçiləri return – məhsulun qaytarılması üzrə dünya ölkələri arasında ilk yerdədir. Hətta sifarişi sırf ürəyi istədiyi üçün belə qaytara bilər. Amazon isə istehlakçının tərəfindədir. Yəni məcburən qaytarmalısınız. Bu zaman Çindəki şirkət return qəbul etsə, ən yaxşı ehtimalda daşınma xərci sizin üstünüzdə qalacaq.

Vay ki, şirkət onu da qəbul etməyə. Bu zaman həm daşınma xərci, həm də məhsulun xərci sizin üzərinizdə zərər olaraq qalır. Amerikada online sifarişlərin qaytarılma faizi 25–40%-dir. Yəni deyilən kimi ilk başda 0 invesitisiya ilə girsəniz, bu qaçınılmazdır ki bu zərəri qarşılaya bilməyəcəksiniz. Amazon isə bir neçə xəbərdarlıq sonrasında hesabınızı suspend edəcək – onlayn mağazanızı bağlayacaq. Yəni, müəyyən bir limitə çıxmaq və geri-qaytarmaları idarə etmək üçün belə ən azından burada 15-20 min $ investisiya ilə daxil olmalısınız.


Digər məsələ – Marketinq. Düşünün, sizin kimi bu işə girən yüzlərlə insan var. Bunların bir çoxu, hətta Amerikada yaşayanlar və qazancını bunun üzərindən edənlərdir. İnsanlar yaşadıqları mühiti – sakinlərin ehtiyaclarını bilir və buna uyğun məhsullar seçir. Həmçinin burada rəqabəti qazanmaq üçün ortalama və üstü reklam biliklərinə də sahib olmalısınız. Çünki əks təqdirdə, eyni məhsuldan 100lərlə olan bir portalda, istifadəçilər orqanik üsullarla sizin məhsullarınızı görə bilməyəcəklər.

 

Nəticə:

Dropshipping nədir nə deyildir, bunu qısa da olsa aydınlaşdırdığımızı düşünürəm. Qısaca, dropshipping düzgün ediləcəyi təqdirdə qazandıra bilər. Lakin qeyd olunduğu kimi milyonlar yox. Bütün vaxtınızı və büdcənizi buna ayırsanız, həmçinin rəqəmsal biliklərə sahiblənib tətbiq etsəniz – müəyyən bir qazan tempi yaradacaq və normal imkanlara sahib olacaqsınız. Yenə də təkrar edim – dropshipping reklamlarda və sözlərdə göründüyü kimi bağlıq-bostanlıq deyil. Deyildiyi kimi 0 invesitisya ilə daxil olub uğur qazanmağınız isə, sözün əsl mənasında mümkünsüzdür. İnvesitisiya və güclü e-commerce bilikləri ilə daxil olsanız belə uğur qazanmağınız mütləq deyil və 3-5%lik bir qisimin içində olmalısınız. Buna görə yatırımlarınızı və vaxtınızı daha potensiallı – faydalı istiqamətlərə yönləndirə bilərsiniz. Elektron Ticarət kateqoriyasında isə istiqamətlənə biləcəyiniz sahələr üzrə postlar yazaraq sizinlə bu sahədə biliklərimi bölüşməyə davam edəcəyəm.

 

 

Əlavə: Elektron ticarət üzrə investisiya etməklə maraqlanırsınızsa, Marka360 sizə biznes strategiyasının qurulması, təşkili və inkişafı üzrə bütün istiqamətlərdə tam xidmət göstərə bilər.

Nihad Abdullayev
Nihad Abdullayev