A/B Testi nədir və necə aparılır

a/b testi necə edilir
a/b testi necə edilir

Digital marketinq ilə maraqlanırsızsa mütləqdir ki A/B testini eşitmisiniz. Hətta araşdırmalarınızı yaxşı etmisizsə, belə bir cümlə ilə mütləq qarşılaşmısız: “A/B testi etmirsinizsə pulunuzu zibilə atırsız!”. Bəs bu həqiqətən doğrudur mu? Əlbəttə!

 

Ona görə başa qayıdaraq A/B Testinin nə olduğunu elə A-sından başlayaraq öyrənək.

 

A/B Testi nədir?

A/B testi kampaniyalarımızın müxtəlif versiyalarını test etmək və hansının daha yaxşı performans göstərdiyini təyin etmək üçün bütün variasiyaları sabit tutub tək bir dəyişkəni fərqliləşdirməyi, və hansınn daha yaxşı performans göstərdiyini görmə prosesidir.

Örnək olaraq, test etdiyiniz dəyişkən bir başlıqdırsa, hər şeyi eyni olan iki kampaniya yaradırsız və sadecə başlığı dəyişdirirsiniz. Ən sonda çatmaq istədiyiniz nəticə nədirsə, məsələn veb-sayt traffiki, hansı kampaniyanın daha çox traffik gətirdiyinə baxıb hansı başlığın daha yaxşı olduğuna qərar veririk.

A/B Testi reklamlar, veb sayt kontenti, e-mail kimi digital marketinqin bir çox sahəsində istifadə olunur.

Niyə A/B Testi etməlisiniz?

Əgər bu yazını oxuyursuzsa hal-hazırda A/B testi etməli olduğunuzun fərqindəsiniz. Ancaq, yenə də sıralayım:

Artan conversion nisbəti: Nəyin yarayıb nəyin yaramadığını görəndən sonra istifadəçiləinizə daha yaxşı xitab edən kampnaiyaları təyin edəcək və conversionlarda artış görəcəksiniz. Statista-nın 2018 datalarına görə online alış-verilərin 74.6%-ində məhsullar səbətdə qaldı və satışa dönüşmədi. Bu sahədəki elementləri test edə bildiyinizi və istifadəçinin seçimlərinə görə optimizasiya etdiyinizi düşünün. Əgər girdiyiniz sayt sizin öyrəşdiklərinizə görə forma dəyişdirsə, siz də daha çox alış-veriş etməzsiniz mi?

Bounce rate-də düşüş: Kampaniyalarınızı test edib daha uyğun kontent, şəkil və kütlə ilə daha optiizasiya edilmiş və hədəfli bir kampaniya əldə edərsiniz. Bu da bounce-ratedə düşmə mənasına gəlir.

 

Analiz asanlığı: A/B testi ilə əlaqəli ən yaxşı şeylərdən biri, analizin olduqca anlaşılan olmağıdır. Test adətən udan və uduzanın kim olduğunu açıqca göstərir, sizə qalan tək şey isə lazımi dəyişiklikləri etmək.

 

Risklərin azaldılması:

Saytınızda köklü bir dəyişiklik edəcəyinizi və yüksək büdcə ilə reklam kampaniyası yayınlayacağınızı düşünün. Öncəsində əmin olmadığınız nöqtələri test edərək çabalarınızın və pulunuzun havaya getməsini önləmiş olarsınız.

 

A/B Testində ən çox istifadə olunan elementlər

Marketinqdə istifadə etdiyimiz bəzi elementlər digərlərindən daha çox effektə sahibdir. Məsələn e-mailinizin orta paraqrafındakı bir sözü dəyişdirmək ilə e-mailin başlığında ya da hərəkətə keçirici cümləsində dəyişiklik etmək ilə eyni təsirə sahib olmaz.

Vaxtınızın qiymətli və sərhədli olduğunu düşünsək, ən önəmli elementləri test etməkdə fayda var. Simple grain-ə görə o elementlər aşağıdakılardır:

  1. Başlıq
  2. CTA
  3. Şəkil / Video
  4. Landing page
  5. Kontenin yerləşmə forması
Nihad Abdullayev
Nihad Abdullayev